Bakıda insan alverçisi silahını polisə təhvil verdi

13:40 06-02-2020 602

Bir müddət əvvəl məhkum edilmiş şəxs Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına raritet alman tapançası barədə məlumat verib.

Bu barədə HerGun.Az-a Binəqədi rayon polis şöbəsindən bildirilib.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında olan 1964-cü il təvəllüdlü Natiq Hüseynovun Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurqular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 144 (Adam oğurluğu), 145 (Qanunsuz azadlıqdan məhrum etmə), 226 (Radioaktiv materiallarla qanunsuz davranma) maddələri ilə məhkum edildiyi bildirilir

İstintaq zamanı məhkum Binəqədi qəbiristanlığının ərazisində odlu silah gizlətdiyini etiraf edib. Fevralın 5-də polis əməkdaşları göstərilən yerdə 7.65 mm-lik 1917-1920-ci illərdə istehsal olunmuş, üzərində “Deutsche Werke - Werk Erfurt” yazısı olan alman istehsalı tapança tapdılar. Bundan əlavə, bir daraq patron aşkarlanıb.

Ramella İbrahimxəlilova