Dələduzlar çağırış yerinə tələsən yanğınsöndürənlərin qarşısını kəsdilər - VİDEO

23:20 06-02-2020 452

Rusiyanın Primorsk diyarında hadisə yerinə tələsən yanğınsöndürənlərin qarşısını kəsən dələduzlar hüquq-mühafizəsi orqanları tərəfindən saxlanılıb.

Hadisənin səbəbkarları yanğınsöndürənləri dövlət tərəfindən ayrılan avtomobilin yanacağını israf etməkdə günahlandırıblar.

REN.TV məlumat verir ki, yanğınsöndürənlər şam yeməyini bişirən zaman ehtiyatsızlıqdan qəza törətmiş şəxsin çağırışına tələsiblər.

Maraqlıdır ki, baş vermiş hadisəni sosial şəbəkələrə yerləşdirən şəxs yanğınsöndürənlərin qarşısını kəsən dələduzlardan biri olub. Polis günahkarları axtarmaqda çətinlik çəkməyib. Törətdikləri əməldən peşman olan şəxslər qanunsuz əməllərinə görə cərimə ödəməli olacaqlar.