ABŞ-ın İraq müharibəsinə xərclədiyi məbləğ açıqlandı

03:00 07-02-2020 341

Birləşmiş Ştatlar İraq müharibəsinə 1,9 trilyon dollar vəsait xərcləyib.

“Military Times” xəbər verir ki, bu məbləğə müxtəlif kampaniyalara ayrılan pullardan əlavə ABŞ Dövlət Departamentinin İraq hökümətinə ödədiyi pul, veteranların təqaüdü və digər xərclər daxildir.

2003-2019-cu illər ərzində Pentaqon İraqda gözlənilməyən əməliyyatlar, həmçin İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün 838 milyard dollar pul alıb.

Dövlət Departamenti İraq hökümətinə 59 milyard dollar vəsait verib, daha 100 milyard dollar isə İraq müharibəsi veteranlarına xərclənib.