Ölümcül xəstəliyə düçar olmuş kişi oğlunu öldürdü: “Atasız böyüməsin”

06:20 07-02-2020 335

Rusiyanın Domodedovo şəhərinin 40 yaşlı sakini Oleq Draçov 13 yaşlı oğlu İlyanı bıçaqlayaraq öldürüb.

“TVC” xəbər verir ki, buna səbəb O.Draçovun ölümcül xəstəliyə tutlması olub.

Bu yaxınlarda həkimlər onda beyin xərçəngi təsbit ediblər.

Öləcəyinin qaçınılmaz olduğunu anlayan ata bu cür qəddar və ağlasığmaz addıma əl atıb.

“Mən həyat yoldaşımın oğlumu tək böyüdə bilməyəcəyindən qorxurdum. Atasız böyüməsin deyə onu öldürdüm”, - deyə cinayətkar polisə etiraf edib.