İsmayıllıda ağaclar kəsildi - Prokurorluğa rəsmi müraciət

22:00 07-02-2020 381

İsmayıllıda ağacların kəsildiyini təsdiqlənib. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova HerGun.Az-a İsmayıllıda yolun kənarında yerləşən ağacların kəsilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Nazirlik əməldaşları əraziyə baxış keçirib və ağacların kəsilmə faktı öz təsdiqini tapıb:

“Məsələ ilə bağlı ETSN-nin yerli Ekologiya idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunub və təbiətə 7800 manat məbləğində ziyan dəyib. 

Faktla bağlı toplanmış sənədlərə baxılması və müvafiq tədbirlərin görülməsi üçün rayon Prokurorluğuna müraciət edilib”.