Gəlin maşını ilə gəlib, qızıl mağazasını qarət etdilər - VİDEO

01:00 23-02-2020 533

Türkiyənin Konya şəhərində iki silahlı şəxs “Evlənirik” və “Səni sevirəm” yazıları ilə bəzədilərək gəlin maşınına bənzədilmiş avtomobillə gəldikləri zərgər dükanını soyublar.

“Haber Global”ın məlumatına görə, onlar mağazadan 200 bilərzik və 40 min lirə (təxminən 11 min AZN) pul oğurlayıb qaçıblar.

Oğrular mağaza sahibinin əllərini bağlamağa çalışsalar da, alınmayıb. Mağaza əməkdaşları polisə xəbər veriblər.

Hazırda polis oğruların axtarışı ilə məşğuldur.