Azərbaycanda Od çərşənbəsi qeyd olunur

00:20 03-03-2020 327

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi də tanınır. Adətə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün mənfilikləri, çirkabı yandırırlar.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.