Bakıda 46 yaşlı kişi intihara cəhd edib

02:00 03-03-2020 344

Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 53 ünvanında qeydə alınıb. 1974-cü il təvəllüdlü Səfərov Səfər İsrafil oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, xilas edilərək xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan S.Səfərov Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli