Azərbaycanlıya görə qanunu pozan rus qadın cərimə edildi

21:00 03-03-2020 309

Rusiyanın Saratov vilayətinin sakini Azərbaycan vətəndaşını saxta sənədlə qeydiyyata salıb.

Saratov.kp.ru bu barədə vilayət prokurorluğuna istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, 32 yaşlı qadın Miqrasiya İdarəsinə 2019-cu ilin 19 iyununda azərbaycanlının onun evinə qeydiyyata salınması ilə bağlı müraciət edib.

Azərbaycan vətəndaşı 2021-ci ilin 18 dekabr tarixinə qədər qeydiyyata salınıb.

Bundan sonra azərbaycanlı Samara şəhərinə gedib. Rusiyalı qadın azərbaycanlının onun evində qalmayacağını bildirib.

O, miqrasiya qanunvericiliyini pozduğu üçün 5000 rubl (128.5 AZN) cərimə edilib.