Babək prospektində iki avtomobilin toqquşması tıxaca səbəb oldu - FOTO

04:40 07-03-2020 390

Bu gecə paytaxtda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Belə ki, 90-MO-945 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil işıqforun qırmızı işığında dayanan 99-PE-230 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəza nəticəsində tıxac yaranıb.