Trampın qatıldığı konfransın iştirakçısında COVID-19 tapıldı

05:00 08-03-2020 426

ABŞ Prezidenti Donald Tramp və ölkənin vitse-prezidenti Mayk Pensin qatıldığı  mühafizəkar siyasi tədbirlər konfransının iştirakçılarının birində yeni növ koronavirus (COVID-19) aşkar edilib.

Bu barədə RİA “Novosti” yazır.

Bildirilir ki, həmin şəxs Tramp və Pens ilə ünsiyyətdə olmayıb, həmçinin əsas zaldakı tədbirlərdə iştirak etməyib.

“Tramp administrasiyası vəziyyətdən xəbərdardır və biz müntəzəm olaraq bütün zəruri dövlət rəsmiləri ilə əlaqələri davam etdirəcəyik”, - deyə konfransın təşkilatçıları tərəfindən yayılan məlumatda bildirilir.

Qeyd edək ki, konfrans Vaşinqtonun yaxınlığında fevralın sonlarında keçirilib. ABŞ lideri  tədbirin yekun günündə çıxış edib.