Avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

07:40 08-03-2020 357

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr bazarının qarşısında minik avtomobili yolu keçən 1968-ci il təvəllüdlü Qarayev Seyfəli Qacay oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı S.Qarayevə açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.