Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

12:40 08-03-2020 352

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən HerGun.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.  

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.  Arabir güclənən cənub küləyi əsəcək.  

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.