Bakıda qadının portmanatını oğurladılar

10:00 14-03-2020 322

Bakıda qadının çantasını oğurlayıblar. 

HerGun.Az xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlinski küçəsində baş verib.

Belə ki, S.Abbasova sözügedən küçədən keçərkən, "Movida Plaza" şadlıq sarayının yaxınlığında naməlum şəxs ona yaxınlaşaraq içərisində 40 manat pul olan portmanatını oğurlayıb. 

Aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində S.Abbasovanın portmanatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.

Könül Cəfərli