Metroda öskürüb, sərnişinlərin reaksiyasını videoya çəkən bloger həbs olundu

10:20 15-03-2020 336

Qazaxıstanın Almatı şəhərində insanlarla zarafat edərək bunu videoya çəkən şəxs 10 sutkalıq müddətə həbs edilib.

RİA xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı bloger koronavirus xəbərləri fonunda əhali ilə qəddar zarafat edib. Belə ki, o metroda insanların üstünə öskürərək onlarda təşviş yaradıb. Öz hərəkətlərini videoya çəkərək internetə qoyan bloger bununla da hüquq mühafizə orqanlarının diqqətini çəkib.

Bloger artıq izləyicilərindən üzr istəyib. O, koronavirusa yoluxmadığını, bu hərəkəti ilə heç kimi qorxutmaq istəmədiyini də bildirib.