Bakıda 45 yaşlı kişini bıçaqladılar

02:00 16-03-2020 511

Bakıda bıçaqlanma hadisəsi olub. 

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Türkan qəsəbəsində 1975-ci il təvəllüdlü Şabanov Ayaz Səfər oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.  

Onun qarın boşluğunda 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub. 

Polis hadisənin təfərrüatını araşdırır.