Rusiya ilk dəfə Aya kosmik aparat göndərəcək
03:40 17-03-2020 322
Gələn ilin oktyabrın biri Rusiya Aya kosmik aparat göndərmək niyyətindədir.
Gazeta.ru xəbər verir ki, bu haqda Rusiyanın Kosmik Araşdırmalar İnstitutunun nüvə planetologiyası bölməsinin rəhbəri İqor Mitrofanov bildirib.
“Bizim aparatımızın adı “Luna-25”dir. Son dəfə Aya kosmik aparatı SSRİ dövründə,1976-cı ildə buraxılıb. Aparatın adı “Luna-24” aparatı olub. Biz məhz bu ənənəni davam edirik. Eniş üçün iki rayon seçilib – Boquslavski və Mançini kraterlərinin yanı”, - deyə Mitrofanov bildirib.