“Yeni Hayat” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürdü

12:40 23-03-2020 358

“Yeni Hayat” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN məbləğində vəsait ayırıb. 

Bununla “Yeni Hayat” Şirkətlər Qrupu koronavirusla mübarizədə Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir. 

Qeyd edək ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə “Yeni Hayat” Şirkətlər Qrupunun bütün yaşayış kompleksləri və qeyri-yaşayış obyektlərində virusa qarşı vaxtında profilaktik və dezinfeksiya tədbirləri görülüb. 

Bundan əlavə, hökumətin bu istiqamətdə tövsiyə və tapşırıqlarına operativ riayət olunması üçün “Yeni Hayat” Şirkətlər Qrupuna aid olan bütün yaşayış, biznes və ticarət məkanlarında, eləcə də, ofislərdə çalışan işçilər və personal xüsusi tibbi maskalar və əlcəklərlə təchiz edilib. 

Müştəri və ziyarətçilərin bilavasitə təmasda olduğu qeydiyyat nöqtələri, binaların girişlərində qəbul masaları gündəlik dezinfeksiya olunmaqla yanaşı, antiseptik məhlullarla təmin edilib.