Saçın rəngi ilə həyat müddəti arasında əlaqə aşkar edildi

03:40 28-03-2020 371

Kembric Universitetinin alimləri saçın rəngi ilə həyat müddəti arasındakı əlaqəni müəyyən ediblər.

Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.

Alimlər xeyli sayda insanın genomunu təhlil ediblər və qənaətə gəliblər ki, saçı tünd rəngdə olanlar daha az yaşayırlar. Ekspertlərin sözlərinə görə, bu, tünd saçlı insanlarda cinsi yetkinliyin daha tez baş verməsi ilə əlaqədardır.

Qeyd olunur ki, erkən pubertat dövr bəzi xəstəliklərin inkişaf riskini artırır. Məsələn, ürək-damar sistemi xəstəlikləri və ikinci tip diabet cinsi yetkinliyi daha erkən yaşda baş verənlərdə daha çox müşahidə olunur.