Marselo iti ilə bənzər saç düzümü olan şəklini paylaşdı – FOTO

07:00 03-04-2020 402

“Real Madrid” klubunun müdafiəçisi Marselo öz “İnstagram” səhifəsində sevimli iti ilə birgə şəklini paylaşıb.

“Daily Star” xəbər verir ki, futbolçu paylaşımının altında “Hürürük və danışırıq” sözlərini əlavə edib.

Bu şəkli görən “Betis”in yarımmüdafiəçisi Xoakin Sançes onların saç düzümünün eyni olduğuna işarə edərək “Hər it öz sahibinə bənzəyir” sözlərini yazıb.

Marselo isə öz növbəsində bu fikirlə razı olduğunu bildirib.