Türkiyə yenə silkələndi

10:40 03-04-2020 353

Türkiyənin Van vilayətində zəlzələ baş verib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 08:44-də qeydə alınıb. 

Vilayətin Tuşba rayonunda daha çox hiss olunan zəlzələ 4,7 bal gücündə olub.