Azərbaycanda nazirdən yeni təyinat - ÖZƏL
15:00 03-04-2020 364
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilib.
HerGun.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.
Əmrə əsasən, Hikmət Əlizadə qurumun yeni yaradılan xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, H.Əlizadə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.
Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova HerGun.Az-a təsdiqləyib.
İlhamə Əbülfət