Tramp prezident seçkilərinin vaxtını açıqladı
05:20 04-04-2020 319
Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da prezident seçkiləri öncədən planlaşdırıldığı kimi noyabrın 3-də keçiriləcək.
Bu barədə ABŞ-ın cari Prezidenti Donald Tramp bildirib.
Dövlət başçısı poçt vasitəsilə uzaqdan səsvermə variantını rədd edərək bildirib ki, bəzi vətəndaşlar fırıldaqlıq edə bilərlər.
“İnsanlar məntəqələrə gələrək şəxsiyyətini təsdiq edən vəsiqələrini təqdim etməlidirlər”, - deyə Amerika lideri qeyd edib.
Xatırladaq ki, ABŞ-da seçki kampaniyası koronavirusun pandemiyası səbəbindən, demək olar, dayandırılıb. Bəzi ştatlarda yaz aylarında keçirilməli olan ilkin seçkilər yaya təxirə salınıb.