Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alındı

16:20 05-04-2020 326

Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alınıb. 

“RİA Novosti” xəbər verir ki, Cənubi Sudanda bir nəfər koronavirusa yoluxub. 

Bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb. 

Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır.  

Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.