Evdə qal və muzeylərə səyahət et

13:00 13-04-2020 431

Mədəniyyət Nazirliyi və Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar, vətəndaşların evdə qalarkən vaxtlarının daha səmərəli təşkili məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxını yayımlayıb.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradır. 

Layihə çərçivəsində növbəti səyahət dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə, ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeyi - Azərbaycan Milli Xalça Muzeyinə olub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir sənət nümunələri və milli irsimiz olan xalçalar nümayiş etdirilib. 

Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/825462867964016/

https://www.facebook.com/cvntv/videos/809244856147980/

https://www.youtube.com/watch?v=3s_fbBL2usY&feature=emb_title