Modul tipli xəstəxanaların inşasına başlanılıb - VİDEO

18:20 14-04-2020 400

Prezident İlham Əliyevin sərəncamıyla koronavirusla mübarizə tədbirləri çərçivəsində tikilən altı modul tipli xəstəxanadan biri Sumqayıt şəhəri, digəri isə Abşeron rayonunda inşa ediləcək. 

Baku.Tv xəbər verir ki, artıq həmin xəstəxanaların inşasına başlanılıb. 

Sumqayıtda tikilən modul tipli xəstəxananın fəaliyyətini təmin edəcək infrastruktur - su, təbii qaz, elektrik enerjisi artıq çəkilib. Üç bölmədən ibarət olacaq modul tipli xəstəxananın beton qatının döşənməsi üçün hazırlıq işləri görülür. 

Modul tipli xəstəxananın qurulması üçün mütəxəsislər Türkiyədən dəvət olunub. 

Pandemiya ilə mübarizə, infeksiyalı xəstələrin daha effektiv müalicə edilməsi, eləcə də tibb müəssisələrinə artmaqda olan tələbat nəzərə alınaraq daha bir modul tipli xəstəxana Abşeronda tikilir. Hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14,8 milyon manat pul ayrılıb.