Hökumət əfv fərmanı imzalamadı: Məhbuslar üsyan qaldırdı - VİDEO

20:00 29-04-2020 405

Perunun paytaxtı Limada yerləşən “Migel Kastro” həbsxanasında baş verən üsyan nəticəsində doqquz məhbus ölüb, 65 polis yaralanıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, rəsmilərinin koronavirusla əlaqədar gözlənilən əfv sərəncamını imzalamaqdan imtina etməsi məhbusların hiddətinə səbəb olub.

İxtişaşın qarşısını almaq məqsədi ilə həbsxanaya əlavə polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Peruda 31 min 190 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, pandemiyadan ölənlərin sayı isə 854 nəfərdir.