BƏƏ-də 47 mərtəbəli binada dəhşətli yanğın başlayıb - FOTO/VİDEO

00:20 06-05-2020 332

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində 47 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

TASS-ın məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi xəbər yayıb.

Binanın sakinləri bütünlüklə təxliyyə ediliblər.  

Alovun qarşısını almaq üçün hadisə yerində bir neçə yanğınsöndürmə briqadası çalışır. Hələlik yanğın davam edir. İtkilər haqqında məlumat yoxdur.