Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini ötdü

23:00 18-05-2020 404

Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 150 mini (150 593 nəfər) ötüb.

Məlumatı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb. 

Bildirilir ki, bu gün qonşu ölkədə daha 31 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyə qədər 4171 nəfər ölüb, 111 577 nəfəri isə müalicə olunub. .