Hollivudun ən söyüşcül aktyorlarının adı açıqlandı

00:40 19-05-2020 515

Conah Hill Hollivudun ən söyüşcül aktyorudur.

Bu barədə “StarNews” xəbər yayıb.

Bildirilir ki, karyerası dövründə o, filmlərdə 376 dəfə senzuradan kənar ifadələr işlədib.

Leonardo Di Kaprio bu “fəxri reytinqdə” ikinci yeri tutub. O, ekranda 361 dəfə söyüşdən istifadə edib.

Semuel L.Cekson 301 nalayiq sözlə siyahının üçüncü yerində qərarlaşıb.