TƏBİB-dən Bəhram Bağırzadə ilə bağlı MÜHÜM AÇIQLAMA

16:40 16-06-2020 391

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”i (TƏBİB) Əməkdar artist Bəhram Bağırzadəyə aid olduğu iddia edilən görüntülərə münasibət bildirib.

“Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”, - məlumatda deyilir. 

Qeyd edək ki, Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.