Bakıda minik avtomobili ilə toqquşan motosikletçi xəstəxanalıq oldu

00:40 17-06-2020 369

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Məmmədov Qadir Qabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Həmin avtomobilin sürücüsü ərazidən uzaqlaşıb.

Q.Məmmədov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.