Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

00:00 18-06-2020 447

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu videokonfrans keçiriblər”.

TASS-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O,  bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını da deyib.