Çin hərbçilərinə koronavirusa qarşı peyvənd vurulacaq

02:20 30-06-2020 386

Çində koronavirus peyvəndi hərbi istifadə üçün təsdiqlənib.

Bu barədə “CanSino Biologics” məlumat yayıb.

COVID-19-a qarşı rekombinant peyvəndi “CanSino Biologics”, Pekin Biotexnoligiya İnstitutu və Çin Xalq Azaqlıq Ordusunun Hərbi-Tibbi Elmlər Akademiyası hazırlayıb.

“Ümumi kliniki sınaqların nəticəsi göstərir ki, Ad5-nCoV peyvəndi SARS-CoV-2  koronavirusunun səbəb olduğu xəstəliyin yaranmasının qarşısının alınması üçün potensiala malikdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Çində koronavirus peyvəndinin kliniki sınaqlarının birinci və ikinci mərhələləri uğurla keçib, lakin kütləvi istifadə üçün ölkənin müvafiq qurumunun icazəsi tələb olunur.