Müdafiə Nazirliyindən cəbhə xəttində gərginliklə bağlı yayılan xəbərlərə RƏSMİ MÜNASİBƏT

18:20 01-07-2020 511

"Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır". 

Bunu HerGun.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunur ki, azırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.