“Drift” edən sürücü səkiyə çıxaraq, işıq dirəyinə çırpıldı – ANBAAN VİDEO

07:40 07-07-2020 491

Rusiyanın Sankt-Peterburq şəhərində təhlükəli “drift” edən avtomobil sürücüsü ağır qəza törədib.

REN TV xəbər verir ki, dörd yolun kəsişməsində qaydaları pozan sürücü piyadaların hərəkət etdiyi səkiyə çıxıb və işıq dirəyinə çırpılıb.

Xoşbəxtlikdən, hadisə vaxtı səkidə piyadalar olmayıb. Sürücünün xəsarət alması barədə məlumat verilmir.