Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

22:20 08-07-2020 419

Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib.

Bu barədə HerGun.Az-ın  qeyd edilir.

Ən son məlumatlara görə, hazırda dünya üzrə yoluxmuş xəstə sayı 12 055 261 nəfərdir.

Virusdan 548 998 nəfər ölüb, 6 990 642 xəstə sağalıb.

ABŞ-da koronavirusa yoluxanların sayı 3 120 481-ə bərabərdir. Bu ölkədə 134 309 nəfər COVID-19-un qurbanı olub.

Azərbaycanın şimal qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında ilk dördlüyə daxildir. RF-də koronavirusa yoluxan 700 792 nəfərin 10 667-si ölüb.