Sobyanin: “Yaxın vaxtlarda koronavirusun yeni dalğası gözlənilmir”

05:40 11-07-2020 336

“Moskvada yaxın vaxtlarda koronavirusun yeni dalğası gözlənilmir”.

“Rossiya 24”ün məlumatına görə, bu sözləri Moskva meri Sergey Sobyanin deyib.

“Çox müxtəlif proqnozlar var. Bəziləri sabah dəhşət, ikinci dalğa olacaq, digərləri isə heç nə olmayacaq deyir. Mən bütün bunlara sakit tərzdə yanaşıram və bir çox mütəxəssis, həkim və “Rospotrebnadzor”un ekspertləri ilə söhbət zamanı görürəm ki, biz hər halda pik həddi geridə qoymuşuq”, - deyə Moskva meri bildirib.

S.Sobyaninin sözlərinə görə, moskvalılarda artıq kollektiv immunitet formalaşıb ki, bu da əminliklə məhdudiyyətlərin mütəmadi şəkil aradan qaldırılmasına şərait yaradır.