Azərbaycanda dəhşətli qətl: Kişi əmisini öldürdü, əmisi arvadını ağır yaraladı

02:40 13-07-2020 598

Gədəbəydə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon sakini 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb.

O.İsgəndərov hadisə yerində vəfat edib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.