Lukaşenko aksiya keçirilən əraziyə əlində silahla gəldi - VİDEO

22:40 23-08-2020 386

Belarusda etiraz aksiyaları davam edir.

“RİA Novosti” xəbər verir ki, ölkə başçısı Aleksandr Lukaşenko da müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə – İstiqlaliyyət Sarayının qarşısına gəlib.

Vertolyotla əraziyə enən prezidentin əlində “Kalaşnikov” markalı avtomat olub. 

Maraqlıdır ki, gülləkeçirməz qoruyucu jilet geyinmiş Lukaşenkonun əlindəki silahın üstündə darağın olmadığı diqqət çəkib. 

Qeyd edək ki, prezidenti xüsusi çevik polis qüvvələri müşayiət edib.