Rusiyanın ən varlı ailəsinin adı açıqlandı
06:00 26-08-2020 414
Rotenberqlər Rusiyanın ən varlı ailələri arasında birinci yerdədir.
“Forbes” jurnalının reytinqinə görə, il ərzində onların sərvəti 270 milyon dollar artaraq 5,45 milyard dollara çatıb.
Quryevlər 5,1 milyard dollar sərvətlə ikinci, Quçeryevlər 3,2 milyard dollar sərvətlə üçüncü yerdədir.
Şaymiyevlər (2,85 milyard dollar) və Yevtuşenkolar (2,3 milyard dollar) da ilk beşliyə daxil olublar.
“Forbes”in məlumatına görə, on ən zəngin rusiyalı ailənin ümumi sərvəti il ərzində 1,5 milyard dollar artaraq 26,8 milyard dollara çatıb.