Kikboksinq millimizin iştirak edəcəyi Avropa çempionatının vaxtı dəyişdirildi

15:20 02-09-2020 488

Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) 2020-ci il üçün yeni yarış təqvimini açıqlayıb.

WAKO-nun saytı Azərbaycan millisinin də qatılacağı yarışların yeni tarixi barədə məlumat verib.

13-22 noyabrda Serbiyanın paytaxtı Belqradda keçirilməli olan yeniyetmə və gənclərin dünya çempionatı pandemiya səbəbindən ləğv olunub.

Oktyabrda Türkiyənin Antalya şəhərində keçirilməli olan böyüklərin və veteranların Avropa çempionatının vaxtı isə dəyişdirilib. Bu yarış 5-13 dekabrda keçiriləcək.

Səbuhi Musayev