Sabirabadda 20 yaşlı qız dərmandan zəhərlənib

00:20 04-09-2020 363

Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, talassemiya xəstəsi olan rayon sakini 20 yaşlı Ağalarova Mirada Seyidbala qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib.

Yaxınları xəstəni dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər.

Hazırda onun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.