Böyük bədən ölçülü model insanların onunu görünüşünə olan reaksiyasından danışıb - FOTO

02:40 04-09-2020 633

Məşhur britaniyalı aktyor Conatan Rossun qızı, “plyus sayz” model Hani Ross cəmiyyətin onun bədəninə həm köklük, həm də arıq vaxtı olan reaksiyasından danışıb.

Bu barədə “Mirror” xəbər yayıb.

23 yaşlı qızın sözlərinə görə, hələ uşaq olarkən artıq çəkisinə görə gülüş hədəfi olub. Tanınmış ailədən olduğu üçün isə 12 yaşında olanda artıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Buna görə utanan qız 14 yaşında ad günü hədiyyəsi kimi şəxsi məşqçi istəyib.

Zaman keçdikcə o arıqlayıb. Ancaq əvvəllər onu saymayan insanların qəfil dostcanlı olmasından heyrətlənən qız özünü bədbəxt və təhqir olunmuş hiss etməyə başlayıb.

“Bu, bir çox məsələlərdə gözümü açdı. Sən kök olanda heç normal insan yerinə belə qoyulmursan”, - deyə Hani bildirib.

Bundan sonra qız yenidən kökəlməyə başlayıb. O, bədənini olduğu kimi sevdiyini deyir.

Hazırda böyük bədən ölçülü model kimi işləyən Hani Ross gələcəkdə psixoloq olmaq istədiyini vurğulayıb.

Əsas hədəfi isə digər qadınların analoji problem yaşamamasıdır.