Kralın sevimlisi ölüm hökmü verilənlərin həbsxanasında bir il qaldıqdan sonra saraya qayıtdı - FOTO

06:00 04-09-2020 387

Tayland kralı X Maha Vaçiralonqkorn Rama gözdən düşmüş cariyəsi Sininat Vonqvacirapakdini yenidən özünə yaxınlaşdırıb. Qadın bir il ölüm hökmü gözləyənlər üçün həbsxanada qalıb.

Bu barədə “Bild” xəbər yayıb.

“Bundan sonra onun kral konsortu titulundan, hərbi adlardan və kral mükafatlarından heç bir zaman məhrum edilmədiyi hesab olunacaq”, - deyə saray bəyanat yayıb.

Məlumata görə, bir neçə gün öncə Sininat özəl təyyarə ilə Almaniyaya Maha Vaçiralonqkornun yanına gedib. 67 yaşlı kral özü şəxsən onu qarşılayıb.

Qeyd edək ki, 2019-cu ildə Sininat subardinasiya qaydalarını pozmaqda ittiham olunaraq tituldan, general-mayor adından və hərbi mükafatlardan məhrum edilmişdi.

İddiaya görə, onun gözdən düşməsinə səbəb saray ambisiyaları və monarxın arvadı kraliça Suthşida ilə münaqişəsi olub.

İstefadan sonra keçmiş cariyə bir daha ictimaiyyətdə görünməyib. Yanvar ayında “Political Prisoners in Thailand” saytı Sininatın ailəsinin evinin dağıdıldığı, qadının özünün isə həbs olunduğunu yazmışdı.

“Bild”in iddiasına görə, keçmiş cariyə Banqkvanqda ölüm hökmü verilən şəxslərin saxlanıldığı həbsxanaya salınmışdı.

O, Almaniya aeroportuna elə həbsxanadan çıxarılaraq özəl təyyarə ilə aparılıb.