Özünü “Barbi”yə oxşadıb pul qazandı - FOTO

09:00 04-09-2020 401

Avstraliyanın Melburn şəhərində yaşayan və özünü canlı “Barbi” adlandıran qadın erotik şəkillərinin satışından böyük məbləğdə pul qazanır.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Keçmiş tibb bacısı Tara Ceyn Makkonaçi xəyal etdiyi bədən quruluşuna sahib olmaq üçün 100 min Avstraliya dolları (təxminən 124 min manat) vəsait xərcləyib.

O, sinəsini beş dəfə böyüdüb, çanağının arxa hissəsinə implantlar yerləşdirib, burun formasını dəyişdirib, dodaqlarına botoks vurdurub.

31 yaşlı avstraliyalı özünü “Barbi” kuklasının yaxşılaşdırılmış versiyası adlandırır.

C. Makkonaçi “OnlyFans” ödənişli sosial şəbəkə hesabında özünə səhifə açıb və cəmi üç gün ərzində 10 min Avstraliya dolları məbləğində pul qazanıb.

“Barbi”nin canlı oxşarı plastik əməliyyatların köməyi ilə bədənini dəyişdirməyə davam edəcəyini bildirib.