Paytaxtda daha bir kran aşa bilər - VİDEO

23:20 04-09-2020 405

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsində kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşaraq həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub. Bu hadisə insanları digər təhlükəli vəziyyətdə olan tikintilərə yenidən nəzər salmağa vadar edir.

AzTV belə tikintilərdən biri haqqında süjet hazırlayıb. 

Həmin tikinti Nəsimi rayonu Abbas Səhhət küçəsindədir. Ərazidə yaşayan sakinlər təhlükə ilə üz-üzə olduqlarını bildirirlər. 

Həmin süjeti təqdim edirik.