Karate millimiz cüdo yığmamızı futbolda məğlub etdi - FOTO/VİDEO

22:40 05-09-2020 490

Karate millimizin üzvləri ilə cüdo yığmamızın idmançıları Azərbaycanda qapalı zallar bağlı olduğu üçün güclərini futbolda sınayıblar.

HerGun.Az-ın xəbərinə görə, “ASK Arena”nın mini meydançasında baş tutan görüşdə karateçilər 3:2 qalib gəlib.

Qeyd edək ki, karateçilərdən Rafael Ağayev, Firdovsi Fərzəliyev, Rafiz Həsənov və Turqut Həsənov, cüdoçulardan Rüstəm Orucov, Hidayət Heydərov, Nicat Şıxəlizadə və Məmmədəli Heydərov bu oyunun iştirakçısı olub.

Səbuhi Musayev