Dilbaz atları Ağstafada - VİDEOREPORTAJ

13:40 07-09-2020 387

At minmək, ən gözəl ata sahib olmaq kimi ənənələr Azəbaycan türklərinin tarixində hər zaman mühüm yer tutub. Zaman ötdükcə milli at genefondumuz yaradılıb. 

Nəticə etibarı ilə bu gün dünyanın 260-a yaxın ən çox tanınan at cinsinin ikisi Azərbaycandadır. Təsadüfi deyil ki, Qarabağ və Dilbaz atları Azərbaycanın simvollarından birinə çevrilib. Bütün dünyada tanınan bu atlar ölkəmizin təbliğində də böyük rol oynayırlar. Qədim tarixə malik həmin at cinslərimiz Ağstafa rayonunda da yetişdirilir. 

Baku TV-nin mövzuyla bağlı hazırladığı süjeti təqdim edirik: