Millətlər Liqası: Səkkiz oyundan yeddisində qonaqlar sevindi, birində qalib müəyyənləşmədi

02:00 08-09-2020 421

UEFA Millətlər Liqasında II tur davam edir.

HerGun.Az xəbər verir ki, ötən gün daha 8 qarşılaşma baş tutub.

Maraqlıdır ki, bu matçların 7-də qonaqlar qalib gəlib.

Günün əsas oyununda Niderland öz meydanında İtaliya ilə bacarmayıb – 0:1.

Bosniya və Herseqovina isə Polşaya məğlub olub – 1:2.

B liqasında Rumıniya Avstriyada, Norveç Şimali İrlandiyada qələbəni bayram edib.

Çexiya da dogma meydanda boynunu bükənlərdən olub. Şotlandiya səfərdən 3 xalla qayıdıb.

Ev komandaları arasında yeganə üzü gülən Slovakiyanı qəbul edən və bir xal qazanan İsrail olub – 1:1.

C liqasında da meydan sahibləri üçün uğursuz gün olub. Qazaxıstan Belarusa, Albaniya Litvaya uduzub.

Qeyd edək ki, II tura sentyabrın 8-də yekun vurulacaq.
 

Millətlər Liqası

II tur

7 sentyabr

C liqası, 4-cü qrup
Qazaxıstan – Belarus - 1:2
Qollar:
Aymbetov, 62 - Bordaçev, 53, Lisakoviç, 86

Albaniya – Litva - 0:1
Qol:
Kazlauskas, 51

 

A liqası, 1-ci qrup
Bosniya və Herseqovina – Polşa - 1:2
Qol:
Hayradinoviç, 24 (pen.) - Qlik, 45, Qrosiçki, 67

Niderland – İtaliya - 0:1
Qol:
Barelya, 45+1

 

B liqası, 1-ci qrup
Avstriya – Rumıniya - 2:3
Qollar:
Baumqartner, 17, Onisivo, 81 - Alibek, 3, Qriqore, 51, Maksim, 70

Şimali İrlandiya – Norveç - 1:5
Qollar:
Makneyr, 6 - Elyunussi, 2, Haaland, 7, 58, Sorlot, 19, 47

B liqası, 2-ci qrup
Çexiya – Şotlandiya - 1:2
Qollar:
Pesek, 12 - Dikes, 27, Kristite, 52 (pen.)
 

İsrail – Slovakiya - 1:1
Qollar:
Elmkis, 90+1 - Duris, 14